Peskovdan Qarabağ açıqlaması - `Hələlik söyləməli bir şey yoxdur`


23:31     12 May 2016 peskov3.jpg

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq istənilən fəaliyyəti alqışlayacaq.


Femida.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada keçirilməsi gözlənilən görüş barədə məlumata malik olmadığını söyləyib: “Bu məlumat üzrə hələlik söyləməli bir şey yoxdur.

Sözsüz, Moskva münaqişə rayonunda gərginliyin deeskalasiyası və siyasi həll variantının axtarışı məqsədilə dialoqa geri qayıtmağı hədəf seçən istənilən addımı alqışlayacaq.”

Femida.az

Açar sözlər:

Oxunub: 1735


Oxşar xəbərlər